Bia.Az

Sahibsiz və sahibli media mirzələri – jurnalistlər... - Bəzi müğənnilər özünə HƏCİ axtaran kimi, bir çox jurnalistlər də özünə “SAHİB” axtarır...

Cəmiyyət
 4-06-2023, 15:26     299

Gəlin açıq etiraf edək ki, son illərdə elə dəyərləri itirdik ki, onları bərpa etmək çox müşkül, bəlkə də mümkün olmayan məsələdir. 

Təsəvvür edirsiniz, 30 illik ( əslində 100 illik ) Qarabağ problemini cənab Prezident başda olmaqla Milli Ordumuz 44 günə həll edə bildi. 
İndi gəlin görək, məktəblərimizdə, uşaq bağçalarımızda, yəni təhsilimzdə, səhiyyəmizdə, yaxud mediada baş verən problemləri belə tez həll edə bilərikmi..? 
Görəsən, vaxtilə MƏBƏD kimi yanaşdığımız, indi rüşvət məskəninə çevrilən məktəblərimizi, yaxud müqəddəs müəllim adını asanlıqla bərpa edə bilərikmi..? Əgər bağça müdirəsi acgözlüklə uşaqların yeməyini yeyirsə, dövlətin uşaqlara verdiyi ərzağı satırsa.... 
Yaxud  dünyanın ən humanist peşəsi olan, Allah qoymasa Hippokrat andı içən ( andınız  sizə qənim olsun ) həkimlərimiz xəstənin cibini soyub, canını alırsa, necə vəziyyətdən çıxa bilərik..? 
Bu problem yazı-pozu ( media, jurnalistika ) sahəsinə də aiddir. Vaxtilə, media, jurnalistika terminləri yox idi və yazı-pozu adamlarına MİRZƏ deyə müraciət edərdilər. Məsələn, nəhəng MİRZƏ Ələkbər Sabir, dahi MİRZƏ Fətəli Axundov, MİRZƏ Şəfi Vazeh, MİRZƏ Cəlil, dünyaşöhrətli Mirzə Kazım bəy və daha kimlər... 
Bəli, “Pisi pis, əyrini əyri, düzü həmvar yazım” deyən Mirzə Ələkbər Sabir oyanıb bu günkü “mirzələri”  görsəydi... 
Bəli, son illərdə media sahəsində də ciddi deqradasiya, aşınma  prosesləri gedib. 
Təsəvvür edirsiniz, müasir, sivil dünyada yazı-pozu adamlarına, yəni mediaya, mətbuata, jurnalistikaya o qədər üstünlük verilib ki, onu hətta dördüncü hakimiyyət adlandırırlar. 
Bəli, müsair, sivil dövlətçilikdə Prezident başda olmaqla icra hakimiyyəti, qanunverici hakimiyyət, məhkəmə-hüquq sistemi və...media hakimiyyəti var. 
İndi gəlin görək, adına dördüncü hakimiyyət dediyimiz bu sfera nə gündədir..? 
Bu sferaya son 30 ildə nələr verilmədi? Ulu Öndərin göstərişi ilə media vasitələrinin, qəzetlərin borcu tamamilə ləğv edildi, senzura aradan qaldırıldı, ölkə mediasının maddi-texniki bazası dövlətin hesabına gücləndirildi və daha nələr. 
Sonrakı illərdə cənab Prezident İlham Əliyev mətbuat nümayəndələrinin mənzil problemini həll etmək üçün dövlətin hesabına binalar inşa etdirdi. Düzdür, Prezidentin bu nəcib təşəbbüsündən Əli Həsənov, Vüqar Səfərli kimilər sui-istifadə elədilər. Amma xeyli evsiz jurnalistlər də mənzil sahibi oldular. 
Sözümüzün canı odur ki, son 30 ildə ən çox vəsait əldə edən sahələrdən birincisi media, kütləvi informasiya vasitələri olub. Hazırda isə Medianın İnkişaf Agentliyi vasitəsilə  qəzetlərə, informasiya portallarına kifayət qədər maliyyə ayrılır. Amma.... 
Gəlin görək biz dövlətə nə veririk? Onu özümüz düşünməliyik. Açıq-aşkar, qorxmadan, çəkinmədən, dürüst şəkildə yazdığımız bütün məqalələri imzamızla, möhürümüzlə cənab Prezidentə ünvanlamalıyıq. Məsələnin köklü şəkildə həlli yollarını tapmalıyıq. Vətən naminə, dövlət naminə, dövlətçilik naminə, Prezidentimiz naminə birgə fəaliyyət göstərməliyik. Amma...
Əmması odur ki, el arasında deyilən bir ifadə var ee...suyum düzəlmir. Bəli, bəzi müğənnilər özünə HƏCİ axtaran kimi bir çox jurnalistlər, media kapitanları da özlərinə “SAHİB” axtarırlar. Beləcə ölkə mediası sahibli və sahibsiz jurnalistlərə bölünür. Bizim kiminsə sahibliyinə ehtiyacımız yoxdur, bizim sahibimiz Azərbaycan dövlətidir. Sadəcə, mənəvi dəyərlərin aşınması, bu qədər “bankrot” olması, adamı ağrıdır.
P.S. Bir neçə gün öncə, bir dövlət idarəsində jurnalist pulu verib çəkmişdi, əgər həmin jurnalistin sahibi olmasaydı, adını "Reket" qoyub basacaydılar dama. Budur, sahibli və sahibsiz məsələsi.скачать dle 12.1