İT QUYRUĞU və “KOZYOL”
Mirzə AĞ
Bir müddət əvvəl «Exo Moskvı» radiosunun aparıcısı Yuliya Latınina birbaşa efirdən elan etmişdi: «Ermənistan it quyruğu kimi Rusiyanın arxasınca sürünür…»
Dövran kəskin dəyişib və indi hər şey kəllə-mayallaq olub - Rusiya mediası Ermənistanın qarşısında keçi rolunda çıxış edir, yəni ki, Rusiya KİV-i erməniyə «kozyol»luq edir…
Rus mediasına ötəri bir nəzər salmaq kifayətdir ki, buna əmin olasan. Məsələn, EADali.ru xəbər saytının bircə sutkada yer verdiyi və erməni «feyk»i əsasında işənmiş, «erməni ləhcəsində bəzədilmiş» materiallara ötəri bir nəzər salmaqla anlamaq olur ki, bu materialları dərc etməkdə məqsəd nədir - yəni ki, quyruğu erməninin qarşısında dik qalmış rus mediası fürsətdən istifadə edib də aranı qarışdırır, erməniləri yeni-yeni təxribatlara sövq edir, amma yeri gəldi-gəlmədi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş RF hərbi kontingentini «sülhməramlı» adlandırmaqla, döşünə döyür. Bu riyakarlığı kənardan seyr etdikcə, insanın fikrindən tülkü bicliyi barədəki nağıl keçir: «Tülkü həccə gedir».
Rus KİV-ləri yazırlar:
«Azərbaycan Dağlıq Qarabağın erməni əhalisi üçün genosid hazırlayır» - Paşinyan»;
«Ermənistan Dağlıq Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaratmağı təklif edib»;
«Nə qədər ki, bütün problemlər həll olunmayıb, sülhməramlılar Qarabağda qalmalıdırlar» - Paşinyan»;
«Paşinyan Əliyevin ünvanlı təhdidini inkar edib: Bakı birgə bəyanatın şərtlərini pozub».
Rus dili ilə az-çox təmasda olmuş insanlar bilirlər ki, rus cəmiyyətlərində «kozyol» kəlməsi təhqiramiz ifadədir. Amma çoxları bunun səbəbini anlamaqda çətinlik çəkirlər. Məlumatsızlar üçün bildirmək istəyirəm: keçinin (rusca «kozyol») quyruğu həmişə dik olar, yəni ki, quyruğu dik olduğu üçün keçinin künəsi hər zaman açıq - müdafiəsiz qalır. Erməni kimi naqislər üçün isə zavallı heyvanın belə köməksizliyi lap «göydəndüşmə» olur.
İndi istər-istəmən düşünməli olursan, bir halda ki, rus mətbuatı erməni ləhcəsinə belə valeh olub, öz işidir, qoy ermənicə qırıldatsın, amma öz problemlərindən yazsın. Məsələn, erməni ləhcəsində yazsın ki, «Xerson merala» (ruslar Xersonu itirdilər), yaxud, «Paseydon» zartala» («Paysedon»un sınaqalrı uğursuz olub), ya da ki, «RF-nın «silah» dövlət proqramı cartes» («Silah» proqramı dayandırılıb) və s.
Di, uğur olsun, ey quyruğu dik qalmış rus keçisi!