Bia.Az

İLGİNC: Naxçıvan Ali Məclisinin sədr əvəzi Anar İbrahimov öz adamını işdən çıxartdı - “Səxavəti” başına bəla olan məmurun sonu

Bölgə
 1-03-2024, 09:38     400

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən uzaqlaşdırılıb.

Ovqat.com-un məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədr əvəzi Anar İbrahimov sərəncam imzalayıb.

Maraqlıdır ki, Bəxtiyar İsmayılov Naxçıvan MR Ali Məclis sədrinin vəzifələrini icra edən Anar İbrahimovun yaxın adamı kimi tanınırdı. Görünür, Anar müəllim bu sərəncama könül xoşluğu ilə deyil, yuxarı dairələrin israrı ilə imza atıb.

Bəs, vəzifəsindən uzaqlaşdırılan Bəxtiyar İsmayılov kimdir?

İLGİNC: Naxçıvan Ali Məclisinin sədr əvəzi Anar İbrahimov öz adamını işdən çıxartdı

Mənbəmizin bildirdiyinə görə, o, 15 il Statiska Komitəsinin rəisi olub, 2018-ci ildən isə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri postuna gətirilmişdi. Bu qurumda fəaliyyətinin Bəxtiyar müəllimə qazandırdığı sərvətlər media orqanlarında onun “ərəb şeyxləri” ilə müqayisəsinə yol açmışdır. İddialara görə, o, təkcə Naxçıvanda deyil, Bakıda da özünə böyük binzes şəbəkəsi yaradıb. Eyni zamanda paytaxtda çox sayda obyekt aldığı da bildirilir.

Bəxtiyar İsmayılov son vəzifəsində pis qazanmadığı kimi, pis də xərcləmirmiş. İddialara inansaq, onun “əliaçıqlığı” və “səxavət”i başına iş də açıbmış. Hətta bəzi “ağzıgöyçək media orqanları onun “bəd xərcliyi”nə görə, həyat yoldaşı tərəfindən bıçaqlandığı barədə də məlumatlar yayırdılar.

“Xeberfakt” saytı 29.11.2022-ci il tarixli buraxılışında Naxçıvanda həbs olunan yerli məmurlar barədə qələmə aldığı yazısında Bəxtiyar İsmayılov haqqında da xeyli ciddi iddialar irəli sürərək bildirirdi:

İLGİNC: Naxçıvan Ali Məclisinin sədr əvəzi Anar İbrahimov öz adamını işdən çıxartdı

Bu həbslər fonunda Naxçıvan MR-də yüksək vəzifə tutan məmurların qanunsuz əməlləri barədə redaksiyamıza çoxsaylı faktlar daxil olub. Bunlardan biri də Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Bəxtiyar İsmayılovdur. Mənbənin sözlərinə görə, B.İsmayılov hər ay sahibkarlardan, xüsusən də iri şirkətlərdən külli miqdarda rüşvət toplayırmış. Bu şirkətlərdən biri Teymur Rzayevin rəhbərlik etdiyi və Naxçıvanın ən böyük ərzaq topdansatışı fəaliyyəti ilə məşğul olan "Ləzzət Qida Sənaye" MMC-dir. İddia olunur ki, Bəxtiyar İsmayılov bu şirkətdən hər ay 100 min manat alırmış.

İkinci şirkət kimi isə “Sirab MMC”-nin adı çəkilir. Mənbə iddia edir ki, bu şirkət hər ay Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinə 50 min manat ödəməyə məcbur edilirmiş. Deyilənə görə, pulu hər ay şirkətin rəhbəri Teymur Rzayev şəxsən özü gətirib verirmiş.

Bundan əlavə, “Azersun” hər ay 10 min, Naxçıvan Pivə zavodu 20 min, yanacaq doldurma məntəqələri isə 50 min ödəyirmiş. Qalan müəssisələr, məsələn, çörək sexləri, dəyirmanlar, quşçuluq fabrikləri, mağazalar və s. toplamda hər ay 300 min manat rüşvət verməyə məcbur olurdular.

Mənbə deyir ki, Bəxtiyar İsmayılov yığılan vəsaitlərdən hər ay 50 min manat özünə götürür, qalan vəsaiti Muxtar Respublika rəhbərliyinə verirmiş.

İLGİNC: Naxçıvan Ali Məclisinin sədr əvəzi Anar İbrahimov öz adamını işdən çıxartdı

Məlumata görə, topladığı sərvət hesabına Bəxtiyar İsmayılov “ərəb şeyxləri” kimi həyat sürür. O, təkcə Naxçıvanda deyil, Bakıda da özünə böyük binzes şəbəkəsi yaradıb. Eynilə, paytaxtda da çox sayda obyekt aldığı bildirilir. Məsələn, Xətai metrosu yaxınlığında 300 min manatlıq evi, bahalı villası var. “Hətta saxladığı xanıma da Bakıda ev, maşın alıb. Hətta bunu bilən həyat yoldaşı onu bıçaqlamışdı”, - deyə mənbə vurğulayır”.
скачать dle 12.1