Bia.Az

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlər Şuşada - Birgə bəyanat qəbul ediblər

Siyasət
 20-10-2022, 13:13     183

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri birgə bəyanat qəbul ediblər.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, birgə bəyanatda deyilir: “Üzv dövlətlərdə din-dövlət münasibətlərinin təkmilləşdirilməsi üçün müvafiq qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq layihələr hazırlanacaq. Birgə elmi və dini mərkəzlər yaratmaq, tələb-müəllim və təcrübə mübadiləsinə kömək ediləcək”.
****
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, sənədi TDT-nin Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.
11:26
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş Şuşa şəhərindədir.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün Azərbaycanın mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, birgə bəyanat qəbul ediləcək.
Daha sonra dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.
09:51
Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.
“Report”un Füzuliyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.
Onlar erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.
Daha sonra dini liderlər Füzulidən Şuşaya yola düşüblər.скачать dle 12.1