Bia.Az

"İran Arazı keçsə, ordusu daxilində qarşıdurma yaranacaq" - Ekspertdən AÇIQLAMA

Siyasət
 19-10-2022, 15:21     188

"Son təlimlərin forması və yayılan məlumatları nəzərə alanda görürük ki, İran açıq şəkildə Azərbaycanı təhdid etmək variantını seçib".
 
Bunu Bakupost.az -a açıqlamasında politoloq Oqtay Qasımov son günlər İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz bölgəsində keçirdiyi təlimlərə münasibət bildirərkən qeyd edib. 
 
Politoloq bildirib ki, 44 günlük savaşdan sonra İran da Ermənistan qədər Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən narahatdır:
 
 

 
"Azərbaycan torpaqları 30 il ərzində işğal altında olanda İran Ermənistanın bu siyasətinə qarşı səsini çıxarmadı. Lakin Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad etdi və İranla olan sərhədin 132 km-nə qədər nəzarəti bərpa etdi. Bundan sonrakı dövrdə İran Azərbaycana təhdidlər yağdırdı, Ermənistana dəstəyini daha da artırdı. Ötən il Azərbaycanla İran arasında müəyyən sıxıntılar yaşansa da, ondan sonra proseslər normal məcraya düşdü. Azərbaycan hər zaman İranla münasibətlərin normal olmasına çalışır, bu istiqamətdə səylər göstərir və İranın əleyhinə hər hansı bir cəhd də olmayıb. Lakin İran Azərbaycan dövlətinin inkişafına əngəl törətmək istəyir və erməni revanşizmini açıq şəkildə dəstəkləyir".
 
Politoloq vurğulayıb ki, İran hansısa sionist qüvvələrin Azərbaycanda olması kimi cəfəng fikirlər səsləndirir, ərazi iddiaları irəli sürür, Zəngəzur dəhlizinin açılmasına əngəl törətməyə çalışır və Ermənistana hər cür dəstək verməkdə davam edir:
 
"İran dronlarının Ermənistana verilməsi, erməni hərbçilərinin bu istiqamətdə təlimlər keçirməsi də bu qəbildəndir. İranın hazırkı təlimlərinin niyyəti bəllidir. Bu, Azərbaycanın təhdid edilməsi deməkdir. Araz çayının körpülər vasitəsilə keçilməsi, yüksək təpəliklərin nəzarətə alınması kimi məsələlər ciddidir. İran diplomatları nə qədər bəyanat səsləndirsələr ki, guya bu təlimlər hansısa bir ölkəyə qarşı yönəlməyib, bölgədə sülh və sabitlik üçün həyata keçirilən təlimlərdir, əlbəttə ki, bu fikirlərin yalan və ikiüzlülük olduğu aydın görünür. Amma İran nəzərə almalıdır ki, bu cür təhdidlər artıq Azərbaycan üçün keçərli deyil".
 
 

 
 
O.Qasımov əlavə edib ki, Azərbaycan çox səbirli və təmkinli şəkildə İranın bu davranışlarını izləyir: 
 
"Ötən il Azərbaycan Prezidenti Xudafərin körpüsünün yanında olarkən,bundan sonra Azərbaycana heç bir şantajın keçməyəcəyini açıq şəkildə bildirdi. Azərbaycana qarşı yönləndirilən bütün ittihamlara və böhtanlara təsirli cavab veriləcəyini qeyd etdi". İranın bu manevrləri Azərbaycana qarşı mənfi nümayişdir. Bu, İranın bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasında maraqlı olmadığının, bu prosesi əngəlləməyə çalışdığının göstəricisidir. Həmçinin İran, Zəngəzur dəhlizinin açılmasına qarşı olduğunu bir daha nümayiş etdirir. Əgər İran belə avantüraya baş vurarsa, hesab edirəm ki, bu, onun üçün olduqca ağır nəticələrə gətirər. Bu halda İran öz orudusunun daxilində nələrin baş verəcəyini net şəkildə görəcək. Necə ki, ötənilki təlimlərdə İran ordusunun əsgərlərinin əhəmiyyətli hissəsi bozqurd işarəsi göstərərək, öz mövqelərini ifadə etmişdilər. Hesab edirəm ki, İran Araz çayının kənarından şimala doğru gözünün ucu ilə baxarsa, o zaman əl işarəsilə göstərilən bozqurdlar bu dəfə silah kimi İran rejiminə qarşı yönələr və molla rejimi baş-ayaq gedər. İran artıq şirin başı və quyruğu ilə oynamaqdan əl çəkməli və normal qonşuluq münasibətlərinə qayıtmalıdır".
 
 
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri okyabrın 17-də İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında hərbi təlimlərə başlayıb.Təlimlər əsasən, Azərbyacan-İran sərhədi boyunca əraziləri əhatə edir.
скачать dle 12.1