Bia.Az

Xarici vətəndaşlar Azərbaycanın icazəsi olmadan Xankəndiyə gələcəklər? - YOLVERİLMƏZDİR!

Siyasət
 19-10-2022, 14:53     182

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu müxtəlif zaman kəsiklərində eyni fikri səsləndiriblər: “Qərbi Zəngəzurda nə olacaqsa, Laçın istiqamətində də o olacaq”".

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Zəngəzur dəhlizi açıq olacaqsa, Laçına alternativ inşa olunan yeni yol da açıq olacaq:

"Yox əgər Ermənistan Qərbi Zəngəzurda gömrük və sərhəd xidməti vasitəsilə Azərbaycan vətəndaşlarını yoxlayaraq keçirəcəksə, Ermənistanla Qarabağı birləşdirən yolda da Azərbaycan gömrük və sərhəd xidməti fəaliyyət göstərəcək. Əslində Qərbi Zəngəzurla bağlı məsələnin həllini gözləmədən gömrük və sərhəd xidmətimiz Ermənistanla Qarabağ arasındakı yolda fəaliyyətə başlamalıdır. Doğrudur, bu halda Qərbi Zəngəzurun açıq dəhliz olması ehtimalı azalacaq. Bütün hallarda Ermənistanla Qarabağ arasındakı yola nəzarətimiz olmalıdır. Əks halda keçmiş illərdə olduğu kimi bu yoldan silah və sursat keçirmək üçün istifadə ediləcək. Xarici vətəndaşlar Azərbaycanın icazəsi olmadan Xankəndiyə gələcəklər. Buna son vermək lazımdır. Ermənistanın Baş naziri Nikol Paşinyanı Laçına alternativ olan dəhlizin necə olacağı maraqlandırmır. Əgər Paşinyan Qarabağ yükünü daşımaq istəmirsə, həmin yol da onu maraqlandırmır. Üstəgəl, separatçıların büdcəsinə də maliyyə ayırmaq istəmir".
скачать dle 12.1