Bia.Az

İran səfirliyindən Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı BƏYANAT

Siyasət
 19-10-2022, 14:45     174

İran İslam Respublikası Azərbaycanla olan sərhəddəki təlimlərlə bağlı bəyanat yayıb.

BİA.AZ xəbər verir ki, bu barədə Bizim.Media-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bidirilib ki, sözügedən təlim və menavrlər İran Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə, dövri təlimlərə uyğun həyata keçirilir:

“Habelə Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibəti nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.

Bu notadan əlavə İran İslam Respublikasının silahlı qüvvələrinin baş qərargah rəisi General-Leytant Baqerinin Azərbaycanın Müdafiə naziri General-Polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki hal-hazırda davam etdirilən bu təlimlər də yerinə yetirilir”.

Bəyanatda o da qeyd olunub ki, iki dost, eləcə də qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daima düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub.
скачать dle 12.1