Bia.Az

Azərbaycan amerikalı generala gündəlik 5 min dollar maaş təklif edib? - ABŞ-ın muzdlu generalları ilə bağlı ŞOK İDDİA

Siyasət
 19-10-2022, 14:43     155

500-dən artıq təqaüdə çıxan yüksək rütbəli ABŞ hərbiçiləri, o cümlədən onlarla general və admiral müxtəlif ölkələrdə məsləhətçi olaraq çalışırlar...

PİA.az xəbər verir ki, ABŞ-ın Washington Post nəşri Amerikanın təqaüdə çıxan generalalrının muzdlu əsgərə çecrilməsi ilə bağlı maraqlı yazı ilə çıxış edib.

Qəzet yazır ki, 2015-ci ildən sonra 500-dən artıq təqaüdə çıxan yüksək rütbəli ABŞ hərbiçiləri, o cümlədən onlarla general və admiral müxtəlif ölkələrdə gəlirli işlərdə çalışırlar.

Bu ölkələr arasında ilk sıralarda Səudiyyə Ərəbistanı gəlir. Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyində hazırda 15 təqaüdçü general və admiral məsləhətçi olaraq çalışmaqdadır. Onların arasında Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri, dəniz piyadaları generalı Ceyms L. Cons və Obama Adminstrasiyasında Milli Təhlükəsizlik Agentliyinə rəhbərlik edən Kit Aleksander də var. Səudiyyə Ərəbistanının ABŞ generalalrına milyonlarla maaş ödədiyi bildirilir.

Avstaliya höküməti isə ABŞ-ın Hərbi Dənif Donanmasının yüksək rütbəli zabitlərindən aldıqları məsləhətə görə isə 10 milyondan artıq vəsait xərcləyir.

6 yüksək rütbəli ABŞ hərbiçisinə isə Qətər 23,6 milyon sərf edib. Qeyd edək ki, Qətərdə ABŞ-ın ən böyük hərbi bazalarından biri yerləşir.

Maraqlıdır ki, siyahıda Azərbaycanın da adı var. Azərbaycan ABŞ Hərbi Hava qüvvələrinin generalına gündəlik 5 000 dollar təklif edib.
скачать dle 12.1