Bia.Az

Şuşaya niyə gedim? Orda nə edəcəm? - İcra başçısı

Siyasət
 18-10-2022, 14:10     172

Şuşanın baş planı ilə bağlı məlumatım yoxdur. Şuşanın baş planını mənimlə müzakirə etməli deyillər, çünki mən nə memaram, nə də heykəltaraş, mən icra başçısıyam. Baş planın hazırlanmasının icra başçısına heç bir dəxli yoxdur.

BİA.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

Şuşanın icra başçısı işğaldan azad olunandan sonra Azərbaycan mədəniyyətinin paytaxtına bir neçə dəfə səfər etdiyini söyləyib:

“Şuşaya bir neçə dəfə gedib-gəlmişəm. Gedib orada nə edəsiyəm ki?! Şuşa camaatı buradadır, orada deyil. Şuşanın əhalisi Azərbaycanın 60 rayonuna səpələnib. Camaat hər gün bizim yanımıza gəlir. Biz də burada tez-tez camaatla görüşürük".скачать dle 12.1