Bia.Az

“Makron bir həftə əvvəl Praqada mollalıq edirdi” - Siyavuş Novruzov

Siyasət
 14-10-2022, 13:38     187

Milli Məclisdə çıxış edən komitə sədri Siyavuş Novruzov da deyib ki, Azərbaycana uzanan əllər, dillər kəsilməlidir.


S.Novruzov Fransa prezidentinin sərgilədiyi anti-Azərbaycan mövqeyinə etirazını bildirib: “Makron harda nə danışdığını bilmir. Bir həftə əvvəl Praqada mollalıq edirdi. Sonra başladı Azərbaycana işğalçı deməyə. Bu cür adamdan nə gözləmək olar? Maraqlı tərəfsənsə, get, dur tərəfinin yanında. Səndən həmsədr ola bilməz! Çünki Fransa erməniləri müdafiə edir”.


S.Novruzov deyib ki, Fransa deputatlarına etiraz bildirməliyik, lazım gələrsə, bu ölkə ilə iqtisadi, diplomatik əlaqələr kəsilməlidir!скачать dle 12.1