Bia.Az

“ABŞ münasibətlərin normallaşması üçün rəsmi Bakı və İrəvanla əlaqə saxlayır” - Dövlət Departamenti

Siyasət
 12-10-2022, 15:39     164

“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində bu ölkələr ilə daim əlaqə saxlayır”.


"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

"Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Mən konkret nəticələr vəd edə bilmərəm, lakin söz verə bilərəm ki, bu, bizim üçün prioritet olaraq qalacaq", - o bildirib.


Dövlət Departamentinin sözçüsü dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqları apardığını da xatırladıb.
Ötən ay isə Nyu-Yorkda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.скачать dle 12.1