Bia.Az

“Hər şeyi tullayıb, qaçacaqlar...” – Arestoviç RF ordusunu bürüyəcək fəlakətdən danışıb

Siyasət
 4-10-2022, 10:24     155

Rus ordusunda tam bardak müşahidə olunur. Səfərbər olunmuş rusiyalılar Ukraynadan qaçacaqlar. Salamat qalanlar Rusiya Federasiyasına qəzəbli, silahlı və insan sifətini itirmiş vəziyyətdə qayıdacaqlar.

Belə proqnozu Ukrayna Prezidenti Ofisinin müşaviri Aleksey Arestoviç Feyqin Live kanalında səsləndirib («UNİAN»).

«Nə vaxt ki, onlar (RF Müdafiə Nazirliyi) donquldanırlarsa, bu, onu göstərir ki, onların psixi vəziyyətinin səviyyəsi elədir ki, artıq özlərinə və öz davranışlarına tam nəzarət etmirlər» - o, bəyan edib.

Onun sözlərinə görə, RF ordusunun qərargahlarında panika hökm sürür. «Bax, idarəolunmaz sürü, harada ki, əclaflar qərargahdadırlar, orada onlar bir-birini «baqaja qoyurlar», əyyaşlıq edirlər və Putinə danışırlar ki, kim daha çox günahkardır… indi səfərbər olunanlara rəhbərlik edəcəklər, harada ki, tam bardakdır, əyyaşlıqdır. Bir qədərdən sonra fəlakət açıq görsənəcək… Nə vaxt ki, bu sürü fiziki olaraq, hər şeyi tullayıb da Ukraynadan qaçacaq… bax, onda kef olacaq… Kim, salamat qalacaqsa, Rusiyaya ac, qəzəbli, qismən silahlı, sərxoş, insan simasını itirmiş vəziyyətdə qayıdacaq… təsəvvür edin» - Arestoviç proqnoz edib.скачать dle 12.1