Arxiv

Oxunub:114 / 20 may 06:32gundem, hadise

Binəqədi faciəsinin 2 ili: Başçı 15 nəfərin ölümündən “təmiz” çıxdı - Detallar



Binəqədi faciəsinin 2 ili: Başçı 15 nəfərin ölümündən “təmiz” çıxdı - Detallar

















Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində iki il ötür. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət almışdı

Bu hadisədə təqsirkar, bir sıra məmurlarla yanaşı, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ittiham edilirdi.

İlk növbədə Binəqədi icra başçısı Xaləddin İsgəndərovun adı keçirdi.

Xaləddin İsgəndərov Azadlıq prospektindəkui məşum faciənin əsl təqriskarı kimi ittiham edilir. “Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudovun məhkəmədə icra başçısını hədəfə alıb.

M.Mahmudov deyib ki, yanan binanın üzlənməsi təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan gəlib.

Onsuz da ölkə rəhbərliyinin gözündən düşmüş və yalnız nazirin himayədarlığı sayəsində yanğın olayından özünü sağ çıxarmış X.İsgəndərovun “vurulması” gündəmdədir.

Deyilənə görə, Binəqədiyə yeni icra başçısı təyin olunması ehtimalı var. Ona görə də məhkəmə verilən ifadələrin hər sətiri onun əleyhinə işləyir.

Ümumiyyətlə, 2015-ci il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın ölkəni sarsıtmaqla yanaşı, “Günahkar kimdir?” sualını da indiyədək açıq saxlayır.

Ancaq göründüyü kimi, günahkarlardan biri kimi şirkət rəhbəri icra başçısını göstərir. Digər əsas təqsirkar kimi isə MTN vəzifəlilərini ittiham edir.

Binəqədi rayon İcra Hakimiyyətini ailə podratına çevirən başçı yanan bina və MTN işlərindən bəri hakimiyyətin gözündən düşüb və “qələmi qırılıb”.
Onun yanan bina işindən bəri hakimiyyətin gözündən düşməsi istefaya göndərilməsini qətiləşdirib.

Ulus.Az xəbər verir ki, hələlik icra başçısının “krişa”sı onu mühafizə etməkdədir və X.İsgəndərov yekun nəticəni gözləyir.

Prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə dəfələrlə çağırışlar edib.

Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir.

Nə yazıq ki, Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır. Yəqin ki, o da vaxtını gözləyir. Bildirilir ki, icra başçısının özünün birbaşa rəhbərlik etdiyi mütəşəkkil dəstə ev tikmək istəyənləri boğaza yığıb.

Dəstənin sakinlərdən reket yolu ilə pul toplaması haqqında istər yuxarı dairələrə, istərsə də mətbuata edilən şikayətlərin ardı-arası kəsilmir.

Əslində, yanan bina işinin bir ucu elə MTN-ə bağlanırdı ki, bu ayrı mövzunun təhlilidir, X.İsgəndərov isə həmin orta ranqlı məmurları qurban verməklə özünü həbsdən xilas etmiş oldu.

Amma X.İsgəndərovun adı təkcə yanan bina işində MTN-ə qarışmadı, eləcə də Biləcəridə özünü icarədar məmur kimi tanıdan bələdiyyə sədri İlham Xəlilov MTN generalı Akif Çovdarova 150 min pul və torpaq bağışlamaqda gündəmə gəldi. O, ifadəsində faktı təsdiqləyib.