Bia.Az

“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər” - TƏBİB

Cəmiyyət
 27-05-2022, 18:26     578

“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər”.


“Report” xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.


O bildirib ki, bu, daha çox dəri səthindəki səpkilərə ikincili bakteriyalar qoşulan zaman baş verə bilər:


“Həmçinin xəstəliyi çox ağır keçirənlər arasında ola bilər. Amma ölüm ehtimalı kifayət qədər azdır”.


Şöbə müdiri deyib ki, bu virusun yayılmış iki alt tipi var:



"Qərbi və Mərkəzi Afrika tipləri. Bunlardan birinin öldürücülüyü heç bir faiz olmadığı halda, digərində 6-11 faiz təşkil edir".скачать dle 12.1