Arxiv

Oxunub:171 / 11 fev 15:12hadise

"Unibank" əlilin ailəsini ac qoyub



"Unibank" əlilin ailəsini ac qoyub

















İkinci qrup əlil Əliyev Ələkbər Fərman oğlu kredit bataqlığında batanlardandır

Afn.az xəbər verir ki, Ə.Əliyev “Unibank”dan götürdüyü krediti ödəyə bilmədiyi üçün ciddi problemlə üzləşib. Bu barədə o özü bildirib: “İkinci qrup əliləm. 126 manat pensiya alıram, heç yerdə işləmirəm. Səhhətimdə yaranan problemlə əlaqədar “Unibank”dan kredit götürdüm, lakin sonradan ödəyə bilmədim. Bank məhkəməyə müraciət etdi, Suraxanı rayon məhkəməsində pensiyamın kreditə yönəldilməsi ilə bağlı qərar çıxarıldı. Dövlət Sosial Müdafiə Fondu da pensiyamı banka ödəyir. İndi mən aidiyyatı şəxslərə müraciət edirəm: nə ilə dolanım? Ailəmi necə saxlayım? Oğurluq edim, cinayət törədim? Bu ölkə kimiyə meydandı, kimiyə zindan, nə vaxtacan belə olacaq, Allah bilir”.

Bank əlilə güzəşt tanıya bilərdimi? Yaxud məhkəmədə kreditin hissə-hissə ödənilməsinə qərar çıxarmaq mümkün idimi? İstirahət günü olduğundan bu kimi suallara cavab ala bilmədik. İş günlərində mövzunu genişləndirəcəyik.


"Unibank" əlilin ailəsini ac qoyub