Bia.Az

Novruz-Bahar bayramınız mübarək!

Gündəm
 19-03-2020, 23:55     399

Novruz-Bahar bayramınız mübarək!Əziz həmvətənlər!

Artıq Novruz-Bahar bayramı xoş müjdəsi ilə bütün müsəlman qardaş və bacıların evlərinə qədəm qoyur. Bu bayramın gəlişi, məhz ana təbiətə isti nəfəs, xoş duyğular bəxş etməkdəddir. Ona görə də Novruz-Bahar bayramı günü münasibətilə bütün dünya müsəlmanlarını, hər bir azərbaycanlı ailəsini səmimi qəlbdən təbrik edib, hər kəsə bahar əhval-ruhiyyəsi, uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayıram. Onu da bildirim ki, Novruz-Bahar bayramı ümumxalq bayramı olaraq, uzun əsrlərdən bəri yurdumuzun hər guşəsində ayrı-ayrı el şənlikləri və mərasimlərlə qarşılanmaqdadır. Bu da hər kəsin sevinc hissinə səbəb olur. Ulu Tanrıya, ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olaraq, Bahar bayramı qədim adət-ənənələri bütün rəngarəngliyi ilə qoruyub saxlamaqla bərabər, əslində Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlı olduğunu nümayiş etdirir.

Bəli, Novruz-Bahar bayramı əsrlərin sınağından çıxmış bir bayramdır. Bu bayramın dövlət səviyyəsində qeyd olunması, birbaşa xalqımızın azadlıq və istiqlal yolunda əldə etdiyi nailiyyətlərdən biridir. Ölkəmizdə adət-ənənəyə görə Novruz bayramında səməni göyərdilir ki, bu da yazın gəlişini, təbiətin canlanmasını göstərir. Bu bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla xalqımızın oda, atəşə, günəşə olan etiqad və inamı bir daha ifadə olunur. Bu kimi mərasimlər İslamdan çox-çox əvvəl mövcud olsa da, bütün bunlar qədim şərq adət-ənənələrinin bugünkü davamıdır.

Bütün bunları nəzərə alaraq hər il dünya müsəlmanlarına, bütövlükdə xalqımıza xoş ovqat, isti nəfəs, bol-bol ruzi-bərəkət bəxş edən, küslülərin barışmasına səbəb olan bu Bahar bayramının gəlişi münasibətilə hər kəsi ürəkdən təbrik edib, hər kəsə ümiddolu salamlarımı, xoş arzularımı çatdırıram.



Hörmətlə, Rasafil Bayramov

AtaTv.az, AtaMedia.az və İxaTv.az xəbər portallarının rəhbəri
Novruz-Bahar bayramınız mübarək!скачать dle 12.1