Arxiv

Oxunub:901 / 05 sen 17:36gundem, hadise

Bakı metrosunda özünü qatarın altına atan Rusiya vətəndaşıdır



Bakı metrosunda özünü qatarın altına atan Rusiya vətəndaşıdır

Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.

***

Bakıda özünü metro qatarının altına atan şəxsin meyiti çıxarılaraq adiyyatı orqanlara təhvil verilib.

Bu barədə APA-ya məlumat verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazrıda metroda qatarların hərəkəti bərpa olunub.

***

Metronun “28 May” stansiyasında faciə baş verib. “Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, 18-20 yaşında bir oğlan qatar reysinin üstünə düşüb. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.


Lent.az-ın məlumatına görə, Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı qafqazinfo.az-a faktı təsdiqləyib. Bildirib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb: "Amma hadisənin təfərrüartlarını bilmirəm. Hazırda hadisə yerinə gedirəm. Onun qəsdənmi özünü atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.

***

Hadisə şahidləri "Qafqazinfo"ya bildirib ki, oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.

***

ATV.az saytı bildirir ki, intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb.

***

Nəsimi Paşayev "Qafqazinfo"ya bildirib ki, intihar edənin şəxsiyyəti hələ ki, müəyyənləşməyib: “Qatarın hərəkəti dayandırılıb. Şəxsin meyiti hazırda reysdən çıxarılır".