Arxiv

Oxunub:264 / 06 avq 12:33gundem, idman

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı



“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasına çıxıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar Şotlandiya çempionu “Seltik”i qəbul edib.

Ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Qurban Qurbanovun yetirmələri bu dəfə də III mərhələni adlaya bilmədi.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda tərəflərdən heç biri fərqlənə bilməyib. İlk oyunda səfərdə məğlub olmuş "Qarabağ" mübarizəni dayandırıb.

Ancaq ağdamlılar üçün Avrokubok mövsümü bununla yekunlaşmayıb. Belə ki, "Qarabağ" bundan sonra mübarizəsini Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu, 5 avqust

"Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya) - 0:0

İlk oyun – 0:1