Bia.Az

Zaqatalada qadın sevgilisini bıçaqladı

Bölgə
 2-03-2020, 15:10     413

Zaqatalada qadın sevgilisini bıçaqladı


Zaqatalada bir neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub.

APA-nın məlumatına görə, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-də qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Maarif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.скачать dle 12.1