Bia.Az

Yeni polis rəisi təyin edildi

Siyasət
 24-08-2020, 11:47     1 149

Cəbrayıl Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Biləsuvar RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Toğrul Mahmudov vəzifəsindən azad edilərək Cəbrayıl RPŞ-nin rəisi təyin edilib.

T. Mahmudovun yerinə hələlik təyinat olmayıb.скачать dle 12.1