Bia.Az

Sanki,”Azərpoçt” MMC Rabitə Nazirliyi tərəfindən Əfqan Cəlilova icarəyə verilib.Sədr əməlli-başlı bazar açıb-Şikayət

Cəmiyyət
 9-12-2023, 16:03     566

Artıq bir ilə yaxındır “Azərpoçt” MMC-də islahatlar adı altında neçə ilin təcrübəli əməkdaşları işdən uzaqlaşdırılır. Bu barədə adının açıqlanmasını istəməyən rabitəçilərdən biri Saytmıza göndərdiyi məktubda söhbət açıb.
Onun yazdığına görə, 2021-ci ilin mart ayında Əfqan Cəlilov “Azərpoçt” MMC- yə Baş Direktor təyin olunandan sonra bu prosesə start verilib: “Həmin vaxtdan “Azərpoçt” əməlli-başlı bazara çevrilib. Sanki, “Azərpoçt” MMC Rabitə Nazirliyi tərəfindən Ə.Cəlilova icarəyə verilib. Ə.Cəlilov “Azərpoçt”u özünün şəxsi şirkəti kımi idarə edir.
Özlərinin maaşı 1500-2500 manat arası dəyişdiyi halda, onlara gəlir gətirən zavallı poçt işçisinin maaşı 200 manatdan o yana keçmir”.
Şikayətçi bildirir ki, maaşlarının az olması bir yana, himayəsi olmayanları qanunsuz olaraq işdən çıxarırlar: “”Azərpoçt” MMC-də poçt işçilərinə 2-ci sort işçilər kimi baxırlar. İnsan resursları şöbəsi vasitəsilə islahatlar adı altında neçə ilin işçilərini şərləyib işdən kənarlaşdırırlar. Sonra da həmin ştatları başqalarına satırlar. Kimin adamı, pulu var, ixtisara düşən kimi başqa bir ştatda işlə təmin olunur. Buna görə də Poçt Şöbələrində hətta  poçtalyonlar əməliyyatçılıq edir”.
 
Məktubda  işçilərin ixtisara salınaraq, ştatların şatışa çıxarılması işlərində Ə Cəliovun insan resursları şöbəsinin inspektoru Pərviz Budaqovun yardım etdiyi bildirilir. Onun isə “Rabitə işi”nə görə həbs olunan, bu yaxınlarda azadlığa çıxan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun qohumu olduğu vurğulanır.
Şikayətçi “Azərpoçt” MMC-də ştatların neçəyə şatışa çıxarıldığını da yazıb: “Məsələn, bir əməliyyatçı ştatı üçün 2000-2500 min arası pul tələb olunur. Poşt rəisi, yerindən asılı olaraq, 10 000-15 000 min arası dəyişir və sair…”
Qeyd olunanlarla bağlı Rabitə Nazirliyinin rəhbərliyinə məlumat verilsə də, heç bir tədbir görülmədiyi də qeyd olunur: “Təəssüf ki, bu barədə yuxarı instansiyalara məlumat verilsə də, heç bir tədbir görülmür. Bu isə onların daha da azğınlaşmasına səbəb olur. Rabitə naziri R. Nəbiyev rayonlarda vətəndaşlarla görüşü formal xarakter daşıyır. Ad olsun ki, nazir vətəndaşlarla görüş keçirir. R.Nəbiyev heç bir rabitəçinin problemi maraqlı deyil. İndiyə kimi bir rabitəçinin şikayəti obyektiv həllini tapmayıb…”
Şikayətçi baş verənləri ictimailəşdirməklə, ölkə rəhbərliyinin diqqətini rabitəçilərin problemlərinə cəlb etmək istədiyini bildirir.
Qeyd olunanlarla bağlı, “Azərpoçt” MMC ilə əlaqə saxladıq. Oradan şikayətçinin iddialarını dinlədikdən sonra bildirdilər ki, suallarımıza cavab almaq üçün Nəqliyyat, Rabitə və və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə müraciət edək. Mətbuat xidmətinə etdiyimiz zənglər isə cavabsız qaldı.
Binunla belə “Azərpoçt” MMC-nin rəhbərliyinin, o cümlədən məktubda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Turantv.azскачать dle 12.1