Bia.Az

Navalnıya qarşı yeni cinayət işi AÇILDI

Dünya
 2-12-2023, 17:10     425

Rusiya prokurorluğu həbsdə olan müxalifət lideri Aleksey Navalnıya qarşı yeni ittihamlar irəli sürüb.

Musavat.com bu barədə "Zakon.kz"ə istinadən xəbər verir. 

Navalnının sözlərinə görə, o, yeni iş barədə Rusiya Federasiyası İstintaq Komitəsinin ona göndərdiyi məktubdan öyrənib.

"Nəzərinizə çatdırıram ki, nəzərdə tutulmuş cinayət faktı əsasında sizə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb", - məktubda deyilir.

Xatırladaq ki, Aleksey Navalnı “dələduzluq və məhkəməyə hörmətsizlik” ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 12.1