Bia.Az

Ağdərə qayıdır

Cəmiyyət
 22-11-2023, 12:01     289

Prezident İlham Əliyevin Milli Məclisə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi təqdim etdiyi bəyan olunub.

Novator.az bildirir ki, 1930-cu ildə yaradılan Ağdərə rayonu 1939-cu ilədək Cerabert, 1991-ci ilədək Mardakert adlanıb.
1988-ci il fevralın 13-də Ermənistan Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub, noyabrın 26-da Azərbaycan parlamenti bölgənin muxtariyyətini ləğv edərək tarixi adları, o cümlədən Ağdərə adını qaytarıb.
1992-ci ilin yay-payız aylarında Ağdərə rayonunun böyük hissəsi işğaldan azad olunub. Həmin il avqustun 25-də Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə verilib, oktyabrın 13-də isə rayon ləğv olunaraq Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölüşdürülüb.
1993-cü ilin qışından 1994-cü ilin yazınadək Ağdərənin böyük hissəsi yenidən zəbt edilib.
2020-ci ilədək keçmiş Ağdərə rayonunun 6 kəndi Azərbaycanın nəzarətində olub, həmin il daha 3 kənd işğaldan qurtulub.
2023-cü ildə Ağdərə tam azad edilib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın cənub-qərbini (Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) və Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızılhacılı, Sofulu, Yuxarı Əskipara kəndlərini ələ keçirib, Qarabağda işğalçı rejim qurub.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı savaş nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 28-də özünü buraxıb.скачать dle 12.1