Bia.Az

Bayraktardan Nuriyyə Hüseynovaya böyük jest -“Heç tanışlığımız yoxdur, bir dəfə də onu görməmişəm”

Cəmiyyət
 11-11-2023, 12:47     488

Türkiyənin dünyaca məşhur “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar əməkdar artist Nuriyyə Hüseynovanın ifa etdiyi “Ay Laçın” xalq mahnısını paylaşaraq zəfərimizi təbrik edib.

Moderator.az-a açıqlama verən xanəndə paylaşımın onun üçün əsl sürpriz olduğunu bildirib.

“Mən Tovuzda zəfər bayramı ilə əlaqədar tədbirə getmişdim. Gördüm ki, dost-tanışım mənə video yollayıb. Vaxtım da yox idi açıb baxım. Sonra qızım mənə yazdı ki, Selçuk Bayraktar sənin ifanda “Ay Laçın” mahnısı ilə zəfərimizi təbrik edib. Bu ikiqat mənim üçün sevindirici oldu. Həm illərlə gözlədiyimiz zəfər bayramının sevinci, həm də məhz bizim zəfərimizdə yanımızda olan Selçuk bəyin təbriklərində ifamın səslənməsi. Çox xoşuma gəldi. Bu mahnını minlərlə adam oxuyub, Selçuk Bayraktarın niyə məhz mənim ifamı seçməyinin böyük önəmi var. Burada klassika, xalq musiqisi, millilik var. Mən də onun səhifəsinə təşəkkür mesajı yazdım. Onunla heç bir tanışlığım yoxdur. Həyatda olsun belə bir dəfə qarşlaşmamışam. Siz bilirsiniz ki, mən hər zaman türk dünyasını sevən bir insan olmuşam. Bəşəri dəyərlərə hörmətlə yanaşmışam. Dünyanın bir çox ölkələrində TÜRKSOY-un tədbirlərində həmişə iştirak etmişəm. Mən Türkiyə dövlətini sevirəm. Heç vaxt Türkiyəni öz vətənimdən ayırmamışam. Səlcuk bəy də müharibə boyunca hər zaman Azərbaycanın yanında olub. Bizə dəstək olan hər bir insan mənim üçün doğmadır, əzizdir” deyə müğənni bildirib.
скачать dle 12.1