Bia.Az

İntihar edən İntiqam Zamanovun qohumundan Prezidentə və Baş prokurora video-müraciət/ŞOK SƏS YAZISI

Cəmiyyət
 9-11-2023, 12:08     939

Laçın rayon sakini Alim Ağayev Azərbaycan Resbubilkasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə video-müraciət edib. Şikayətci BİA.az-a göndərdiyi video-müraciətdə bu ilin fevral ayında yaxın qohumu İntiqam Zamanovun intihar etdiyini bildirir və qeyd edir ki, İntiqam Zamanov öz ailəsi, xüsusən də oğlu Elgün Zamanov və həyat yoldaşı Məlahət Zamanova tərəfindən şərlənib, sonra evindən bayıra atılıb. Onun intihar etməsinin əsas səbəbi də elə bu olub. Bunu mərhumun cibindən tapılan məktub da təsdiq edir.  Biz Prezidentin hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun qəbulunda olduq. Dərdimizi ona dedik. Bundan sonra cinayət işi başlandı. Amma 9 aydan coxdur ki, davam edən istintaq yerində sayır. Belə ki, mərhumun oglu Elgün Zamanov Suraxanı rayon prokurorluğunun müstəntiqi Tamerlanla hansısa iş birliyinə girib, bu məsələnin ört-basdır olunmasına çalışır. 

Şikayətci iddia edir ki, cinayət işini aparan Suraxanı rayon prokurorluğunun müstəntiqi Tamerlan cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanova acıq-aydın himayədarlıq edir. Bu işdə Suraxanı rayon prokuroru Rəşid Mahmudovun da adı hallanır. 

Həmcinin redaksiyamıza cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanovun bazarlıq-pul sövdələşməsinin səs yazısı da göndərilib və ictimailəşdirilməsi xahiş edilir.

Daha ətraflı aşagıda dərc etdiyimiz vide-materiallarda tanış ola bilərsiniz.






BİA.az
скачать dle 12.1