Bia.Az

Milli parklara gedənlərin NƏZƏRİNƏ

Cəmiyyət
 7-11-2023, 10:42     285

Milli parklarda bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Samur-Yalama milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s,10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-21°isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər 10-da isə axşama doğru arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti olacaq.
Ağgöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da axşam arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-23° isti olacaq.

Qızılağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-u gündüz arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-20° isti olacaq.
Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 10-da gündüzdən arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-17° isti olacaq.
Şirvan milli parkında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-da axşam arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-22° isti olacaq.
Hirkan milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 08-də gecə və səhər, 10-u gündüz arabir yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, 10-da arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-20° isti olacaq.скачать dle 12.1