Bia.Az

“Kimlərsə ölkəni qarışdırmağa start verib“ - Deputat keçmiş nazirin döyülməsindən danışdı

Siyasət
 13-06-2020, 00:26     1 107



"Demək ki, kimlərsə ölkəni qarışdırmağa start verib. Keçmiş Müdafiə naziri Rəhim Qazıyevə küçədə xəsarət yetirilməsi məsələsi də açıq-aşkar bunun təzahürüdür. Keçmiş olsun".

Yenisabah.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib. Millət vəkili təxribatların qarşısını almaq üçün səfərbər olmaq lazım olduğunu vurğulayıb:

"Hadisə yerində kameralar olubsa, ictimaiyyətə dərhal açıqlanmalı, hadisəni törədənlərin kimliyi təsbit olunmalıdır. Ölkədə gərginlik yaradan hadisələrin ard-arda gəlməsi hər bir vətəndaşımızı daha diqqətli olmağa səsləyir. Hamılıqla baş verən bu təxribatların qarşısını almağa səfərbər olmalıyıq".скачать dle 12.1