Bia.Az

“Hizbullah”a öldürücü zərbə - Mövqeləri darmadağın edildi

Dünya
 23-10-2023, 10:57     261

İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda döyüş mövqeyində raket sistemini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.

İsrail hərbçiləri sistemin Şlomi şəhərinə zərbə endirməyə hazırlaşdığını təsbit etdikdən sonra bu addımı atıblar. Məhv edilən tank əleyhinə raket sisteminin “Hizbullah” terror təşkilatına aid olduğu bildirilir.

İsrail ordusu "Hizbullah"ın Livanın cənubundakı bir sıra digər obyektlərinə, o cümlədən hərbi birləşmə və müşahidə məntəqəsinə zərbələr endirib. Təyyarə zərbələri nəticəsində bir sıra hədəflər, o cümlədən silah-sursatlar məhv edilib.скачать dle 12.1