Bia.Az

Ermənistanda 7-ci sinif dərsliyi ölkəni qarışdırdı – FOTO

Dünya
 22-10-2023, 12:27     324

Bu gün erməni professor və müəllimlər sosial şəbəkələrdə tarixçi Smbat Ohanesyanın müəllifi olduğu dərsliyə qarşı fləşmoba başlayıb və hamını onlara qoşulmağa dəvət ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, onlar Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən müəllifi Smbat Oqanesyan olan 7-ci sinif üçün tarix dərsliyinin məktəb proqramından çıxarılmasını tələb edirlər.
Səbəb olaraq isə kitabda guya çoxlu sayda qeyri-dəqiqliyin və nöqsanların olduğunu bildirirlər.
Marina Madoyan adlı tarix müəllimi də fləşmoba qoşularaq S.Ohanesyanın yazdığı 7-ci sinif tarix dərsliyinin çıxarılmasını tələb etdiyini deyib.
“Orada erməni tarixi təhrif olunub, nöqsanlar var. Mən öz təhsil mərkəzlərimizdə tələbələrə təhrif olunmuş erməni tarixinin öyrədilməsinin əleyhinəyəm. Tələb edirəm ki, övladlarımız etibarlı mənbələrdən təhsil alsınlar, vətənpərvər olaraq yetişdirilsinlər”, Madoyan deyib
Bundan başqa M.Madoyana “Nikolu incitməyi dayandırın, kitabı götürün, o zaman Nikolun kim olduğunu anlayacaqsınız. Cəsarətiniz çatırsa qatil Koh və narkotik Serjik ilə danışın”, “Kitabın yığışdırılmasının tərəfdarıyam, amma biz dövləti, dövlətçiliyi Nikoladan azad etməyənə qədər bizi böyük fəlakətlər gözləyir – təkcə tariximiz deyil, xalq olaraq bizi də məhv edəcəklər”, “Əgər çoxəsrlik tariximiz həqiqətən də təhrif olunubsa əziz alimlər, bunu dəqiq faktlarla sübut edin və doğru məqsədə çatana qədər mübarizə aparın. Biz hələ də çox şeyi təhrif edib tarixə əlavə edirik. Sabah bizim nəsil bunu edə bilməyəcək. Doğru ilə yanlışı ayırd edin. Sizdən xahiş edərdim ki, bu haqda fikirləşəsiniz. İnsan öz işi ilə məşğul olmalıdır. Evimizi savadsızlar dağıdacaq… Çalışaq məktəbi elm ocağına çevirək və hər şey öz yerinə düşsün. Məktəbə fədailər lazımdır…” kimi şərhlər yazıblar.
Azərbaycanın Qarabağ qalibiyyəti Ermənistan cəmiyyətini yalnız hərbi-siyasi baxımdan məğlub etməyib. Ermənilər bütün sahələrdə böhran yaşayırlar. Artıq qurduqları xəstə təxəyyül, xəyal məhsulları zay olur. Ermənilərin hər şeyi süni və saxtadır – musiqiləri, dövlətləri, mətbəxləri tarixləri. İndi bu saxta tarix öz əlləri ilə ifşa edilir. Bu cür xəstə və çürük təməllər üzərində qurulan cəmiyyət isə gec-tez məhvə məhkumdur.


скачать dle 12.1