Arxiv

Oxunub:300 / 27 may 11:04dunya

ABŞ-da iki hərbi təyyarə toqquşdu



ABŞ-da iki hərbi təyyarə toqquşdu



















Dörd ekipaj üzvü xəstəxanaya yerləşdirilib

ABŞ-ın iki hərbi təyyarəsi Şimalı Karolina ştatının sahillərində qəzaya uğrayıb.

Sahil mühafizə xidmətinin əməkdaşları hazırda qəza yerində axtarışlar aparır.

Məlumata əsasən, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı “McDonnell Douglas F / A-18” tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşüb.

Qeyd olunur ki, qəza nəticəsində ölən olmayıb. Hər iki təyyarənin xəsarət alan 4 nəfər ekipaj üzvü xilas olunaraq xəstəxanaya aparılıb.