Bia.Az

Körpəsinə narkotik adı verən jurnalist GÜNDƏM OLDU

Dünya
 22-09-2023, 01:58     410

Avstraliyanın ictimai yayımı ABC-də çalışan jurnalist ölkəsində tətbiq edilən ad tənzimləməsini sınaqdan keçirmək üçün maraqlı üsuldan istifadə edib.

AZİNFORM.AZ bildirir ki, o, yeni doğulan övladına “Metamfetamin Harika” adını verib.

Jurnalist Yeni Cənubi Uelsin cənub-şərqindəki Doğum, Ölüm və Evlilik İdarəsinin saytına daxil olub və uşağının adının “Metamfetamin Harika” kimi qeydə alınması üçün müraciət edib.

"Rədd ediləcəyini güman edərək ağlımıza gələn ən çılğın adı qoyduq. Amma bu belə deyildi. Metamfetamin Super adı diqqətdən kənarda qaldı və təsdiq aldı", - Drysdale deyib.

Drysdeyl bildirib ki, daha sonra yenidən quruma müraciət edib və övladının adını dəyişib. Bununla belə, qurum rəsmisi qeyd edib ki, ad rəsmi olaraq dəyişdirilsə belə, uşağın ilk təsdiq edilmiş adı praktika olaraq sistemdə qalacaq.




скачать dle 12.1