Bia.Az

Azərbaycan Milli Kitabxanası TƏKZİB EDİR: "Milli Kitabxana açıqdır və..."

Cəmiyyət
 20-09-2023, 14:02     446

Bəzi xəbər saytlarında Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının bu gün işə çıxmamağı barədə informasıya dərc olunub. 

Məlumatda bildirilir ki, buna səbəb Gülüstan sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsidir. Məlumatda həmcinin qeyd olunub ki, tədbirdə yalnız Milli Kitabxananın rəhbərliyi iştirak edəcək.

Azərbaycan Milli Kitabxanasından BİA.az-a verilən məlumatda bildirilir ki, Milli Kitabxananın bağlı olması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uygun deyil: "Milli Kitabxana açıqdır və hazırda Elmi - praktik konfrans keçirilr. 21 sentyabrda Gülüstan sarayında keçiriləcək 100 illik yubiley tədbiri isə mövcud vəziyyətlə əlaqədar təxirə salınıb. Yubiley tədbirinə Milli Kitabxananın işçiləri, hətta təqaüddə olanlar belə dəvətli idilər".

BİA.az
скачать dle 12.1