Bia.Az

Pensiya yaşını keçmiş icra başçıları – SİYAHI

Cəmiyyət
 6-09-2023, 17:05     316

Son illər ölkəmizdə idarəetmə sahəsində gedən davamlı islahatların nəticəsində bir sıra vəzifələrə yeni təyinatlar olub. Xüsusilə də, icra hakimiyyəti başçısı postlarına gənc kadrların təyin olunması artıq ənənəyə çevrilib. Bununla yanaşı stajlı icra başçılarının sayı da az deyil.

BİA.AZ bildirir ki, Bizim.Media pensiya yaşını doldurmuş icra başçılarını araşdırıb.

Alı Qocayev
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin 76 yaşı var. O, 1947-ci ildə anadan olub. Alı Qocayev 2005-2012-ci illərdi Binəqədi rayonuna rəhbərlik edib. Artıq 11 ildir ki, o Samux rayon İcra Hakimiyyətinin başçısıdır.


Mübariz Əhmədzadə
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin də 76 yaşı var. O, 1947-ci ildə anadan olub. Mübariz Əhmədzadə 2007-2009-cu illərdə Qax, 2009-cu ildən isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır.


Bayram Səfərov
Şuşa şəhər İcra Hakimiyyəti başçısı Bayram Səfərovun 72 yaşı var. O, 1951-ci ildə anadan olub. Bayram Səfərov 2009-cu ildən Şuşanın icra başçısıdır.


Adil Məmmədov
Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun 71 yaşı var. O, 1952-ci ildə anadan olub. Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonuna rəhbərlik edib. O, artıq 12 ildir ki, Qobustan rayon İcra Hakimiyyətinin başçısıdır.


Rafil Hüseynov
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun 70 yaşı var. O, 1953-cü ildə anadan olub. Rafil Hüseynov 2012-2019-cu illərdə Masallı, 2019-cu ildən isə Ağcəbədi rayon İcra Hakimiyyətinin başçısıdır.


Malik İsaqov
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun 70 yaşı var. O, 1953-cü ildə anadan olub. Malik İsaqov 22 ildir ki, eyni vəzifəni daşıyır.


Tofiq İbrahimov
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun 69 yaşı var. O,1954-cü ildə anadan olub. Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələ, 2010-2012-ci illərdə Lənkəran və 2012-ci ildən bəri isə Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.


Novruz Novruzov
Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun da 69 yaşı var. O,1954-cü ildə anadan olub, Novruz Novruzov 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə Şabran və 2019-cu ildən isə Siyəzən rayon İcra Hakimiyyətinin başçısıdır.


Zakir Fərəcov
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 69 yaşı var. O 1954-cü ildə anadan olub, Zakir Fərəcov 2005-2015-ci illərdə Abşeron, 2015-ci ildən bu günədək Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır.


Alı Alıyev
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin 68 yaşı var. O, 1955-ci ildə anadan olub. Alı Alıyev 12 ildir ki, bu vəzifənin başındadır.


Mərdan Camalov
Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun 57 yaşı var. O, 1956-cı ildə anadan olub. Mərdan Camalov 2005-2019-cu illərdə Şirvan şəhərinin, 2019-cu ildən isə Zərdab rayon İcra Hakimiyyətinin başçısıdır.


Eldar Əzizov
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun 66 yaşı var. O, 1957-ci ildə anadan olub, Eldar Əzizov 2000-2003-cü illərdə Nizami, 2003-2011-ci illərdə Gəncə şəhər, 2011-2015-ci illərdə Sumqayıt şəhər, 2015-2018-ci illərdə Səbayil və 2018-ci ildən etibarən isə Bakı şəhər İcra Hakimiyyətinin başçısıdır.


Şahmar Usubov
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 70 yaşı var. O. 1953-ci ildə anadan olub, Şahmar Usubov 2000-ci ildən bu vəzifəni daşıyır.
Xatırladaq ki, Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınların isə 63-dür.скачать dle 12.1