Bia.Az

SON DƏQİQƏ! Müdafiə Nazirliyi məlumat yaydı: Mövqelərimiz atəşə tutulub

Cəmiyyət
 6-09-2023, 00:06     272

Sentyabrın 5-i saat 21:35-dən 22:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.


Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.скачать dle 12.1