Bia.Az

Bulvarda gəmilər işləmir - TƏHLÜKƏLİ VƏZİYYƏT YARANIB? - RƏSMİ CAVAB

Cəmiyyət
 1-09-2023, 15:39     235

Bakının Dənizkənarı Bulvarı mütləq görməli olduğunuz yerlərin siyahısının əvvəlində gəlir.

Bulvarda hamının diqqətini çəkən və ən azı bir dəfə istifadə etdiyi gəmi gəzintisi hazırda fəaliyyət göstərmir.
Gəmi gəzintisinin hansı səbəbdən dayandırıldığı və nə vaxt bərpa olunacağı ilə bağlı Dənizkənarı Bulvar İdarəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva BAKU.WS-ə bildirdi ki, Bulvarda gəmilərin fəaliyyətini müvəqqəti dayandırması ötən ilin oktyabr ayından baş verib:
“Bu qərar dənizdə suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. İnsanların təhlükəsizliyi hər şeydən önəmlidir. Buna görə həmin qərar verilib.
Gəmilər texniki baxışdan keçirilib. Gəmilərin fəaliyyət göstərməsi ilə bağlı heç bir problem yoxdur. Təhlükəsizlik baxımından fəaliyyət müvəqqəti dayandırılıb.
Gəmilərin faəliyyətinin yenidən bərpa olunmaı dənizdə suyun səviyyəsindən asılıdır. Lakin gələcək alternative variantlar düşünülə bilər. Dənizdə suyun azalması başqa hansı fəsadlar törədə bilməsindən danışmaq hələ tezdir. Çünki bunu zaman göstərəcək. Amma ilk neqativ təsir kimi gəmilərin fəaliyyətini dayandırmasını göstərə bilərik.
Bulvarda ciddi qadağalarımız yoxdur. Sadəcə qaydalar var. Bu qaydalara riayət etmək həm gözəllik, həm də təhlükəsizlik baxımından vacib məsələdir"./BAKU.WSскачать dle 12.1