Bia.Az

AB missiyası erməni yalanını ifşa etdi

Dünya
 15-08-2023, 22:06     240

AB-nin Ermənistandakı missiyası Azərbaycan Ordusunun müşahidəçilərə atəş açması xəbərini təkzib edib.

Axar.az xəbər verir ki, bununla bağlı missiyanın X sosial şəbəkəsindəki rəsmi səhifəsində açıqlama yayılıb.

“AB-nin Ermənistandakı missiyasının heç bir patrulu atışmanın hədəfi olmayıb. Biz sərhəd bölgələrində patrul xidmətini həyata keçiririk və Brüsselə hərbi vəziyyət, o cümlədən məsuliyyət zonamızda baş verən atışma hadisələri barədə məlumat veririk”, - açıqlamada bildirib.скачать dle 12.1