Bia.Az

Kreml Vladimir Putinin "Vaqner" rəhbəri ilə görüşdüyünü təsdiqləyib

Dünya
 10-07-2023, 14:35     239

“İyunun 29-da Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və digər komandirlərlə görüşüb”.

Bunu dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görüş Kremldə baş tutub: “İclasda 35 nəfər iştirak edib”.


D.Peskov söyləyib ki, görüşdə Ukrayna cəbhəsindəki durum və iyunun 24-də baş vermiş hadisələr müzakirə olunub: “Həmçinin komandirlərdən izahat alınıb. “Vaqner” komandirləri Putinə son hadisələrlə bağlı öz versiyalarını təqdim etdilər, onlar dövlət başçısının sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğuladılar”.//“Report” скачать dle 12.1