Gəncədə məktəbli qız evdə ölü tapıldı
Gəncə şəhərində yeniyetmə qız dəm qazından boğulub.
Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Rəhimov küçəsi 15-də baş verib. Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü məktəbli Rüstəmova Nisə Arif qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.
Ailə üzvləri qızın meyitini hamamda aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.