Bia.Az

Fransanın keçmiş prezidenti Sarkozi məhkum edildi - 1 il türmədə yatmalıdır

Dünya
 17-05-2023, 13:21     180

Parisin Apellyasiya Məhkəməsi mayın 17-də Fransanın eks-prezidenti Nikolya Sarkozinin nüfuz alveri işi üzrə çıxardığı hökmü qüvvədə saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Məhkəmənin hökmünə əsasən, siyasətçi bir illiyə azadlıqdan məhrum edilib, həmçinin ona iki il şərti cəza verilib.

Bundan əvvəl bildirilmişdi ki, Fransa milli maliyyə prokurorluğu Liviyanın 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirməsi ilə bağlı sabiq prezident Nikola Sarkozinin və daha 12 nəfərin mühakimə olunmasını tələb edib.


Prokurorlar keçmiş Fransa liderinin "passiv korrupsiya", cinayətkar sui-qəsd, kampaniyanı qeyri-qanuni maliyyələşdirmə və Liviya dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək ittihamı ilə mühakimə olunmasını tələb ediblər. Qeyd olunub ki, iş üzrə müttəhimlər həm də Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Klod Gehan, Fransanın keçmiş büdcə naziri Erik Vert, həmçinin Sarkozinin ən yaxın köməkçilərindən biri Bris Ortefedir.скачать dle 12.1