Bia.Az

Azərbaycan Ordusu hərbi əməliyyatlara başlaya bilər – TƏHLİL

Siyasət
 4-05-2023, 15:42     369

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Vaşinqtonda keçirilən danışıqlar artıq 4 gündür davam edir. Danışıqların uzanması müxtəlif iddiaların ortaya çıxmasına səbəb olur. Xüsusən erməni politoloqlar Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişini imzalamayacağını bildirir.

Bəs sülh sazişi imzalanmasa, nələr baş verə bilər?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Prezident İlham Əliyev rəsmi İrəvana öz mövqeyini artıq bəyan edib:

“Azərbaycanın mövqeyi bəllidir. Prezident sülhün hər kəsə lazım olduğunu dedi. Əgər Ermənistan ayrı yol seçərsə, o zaman Azərbaycan məqsədlərinə nail ola bilmək üçün istənilən addımları ata bilər”.


Tofiq Zülfüqarov

Politoloq ermənilərin Paşinyanı devirməsi ilə bağlı iddialardan da danışıb:

“Onlar həmişə hay-haray salırlar ki, təyziq edilməsin. Ermənilər tarixən belə hiyləgər addımlar atıblar. Guya Nikolu devirsələr nə olacaq, devirməsələr nə olacaq?! Bizim üçün nə fərqi var ki?! O, sülh imzalanmasını qəbul etmirsə, o biri də qəbul etməyəcək. Amma onlar anlamırlar ki, sülh Ermənistan üçün lazımdır. Anlasalar, ambisiyalarından çoxdan əl çəkərdilər”.скачать dle 12.1