Bia.Az

Moskvada gecə saatlarında nə baş verir? -9 hərbi təyyarə uçdu

Dünya
 4-05-2023, 01:08     180

Rusiyanın paytaxtı Moskvada hazlrda hərbi təyyarələr uçur.

Sosial şəbəkələrin Rusiya seqmentində yayımlanan məlumatlara görə, son saat yarım ərzində Moskvaya doğru doqquzuncu Rusiya hərbi təyyarəsi uçub.

İstifadəçilər Moskvaya hərbi təyyarələrin aktiv hərəkətinə diqqət çəkiblər.

O cümlədən, Müdafiə Nazirliyi üçün istehsal edilmiş sonuncu Tu-154m RA optik-elektron kəşfiyyat üçün kəşfiyyat təyyarəsi Moskvaya doğru uçub.Moskvada gərginliyin nə ilə bağlı olduğu açıqlanmayıb.

Qeyd edək ki, bu gün Kremlə dronlarla hüçum olub.Rusiya tərəfi hücumlarda Ukraynanı ittiham edib. Ukrayna tərəfi isə hücumlarda onların əlinin olmadığını bildirib.//Oxu24.com



скачать dle 12.1