Bia.Az

“Azadlıq” və Meydan TV-yə qadağa ləğv edildi

Cəmiyyət
 2-05-2023, 11:09     181

“Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarına qoyulan blok aradan qaldırılıb.

Axar.az xəbər verir ki, artıq internet resurslarından sözügedən media orqanlarının saytlarına giriş etmək mümkündür.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və Meydan TV-nin saytlarının bloklanması barədə qərar çıxarmışdı.скачать dle 12.1