Bia.Az

"Geyimi, yeməyi paylaşmaq tamaşaçıya nə verir?" - Əməkdar artistdən sərt sözlər

Video
 20-04-2020, 12:38     674

"Geyimi, yeməyi paylaşmaq tamaşaçıya nə verir?" - Əməkdar artistdən sərt sözlər
"Evimdəyəm, darıxmıram. Oruc tuturam, dualar edirəm. Əvvəl çəkilişlərə, teatra gedirdim, dua etmirdim. Çoxdandır belə bir fürsət axtarırdım. Ona görə də bu günlər mənə yaxşı gəlir. Əvvəl çəkilişlərə gedəndə vaxtsız qidalanırdım. İndi idman edirəm".
bia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Müzəffər İnstaqramda canlı yayımda olarkən deyib. Aktrisa jurnalist Əli Novruzəliyevin suallarını cavablandırıb.

Sənətçi sosial şəbəkələrdən danışıb. O bildirib ki, etdiklərini paylaşmağın tərəfdarı deyil:

"Bütün günü bu mənim evimdir, bunu bişirdim, ora getdim, baxın nə edirəm - kimi paylaşımlardan xoşum gəlmir. Edənlərin öz işidir, haqqıdır. Mən bekar olanda özümə qapanıram.

Açırsan ki, bir sənətçi selfi çəkib, paylaşıb və yazıb "Baxın, mənim yeməyim". Bu, tamaşaçıya nə verir? Geyimimi, brend ayaqqabını, yeməyi reklam etməkdənsə, özümü, düşüncələrimi paylaşım. Mənim düşüncəm belədir".

K.Müzəffər daha sonra "Qatar altına atılan qadın" tamaşasındakı obrazından danışıb. O bildirib ki, ona məlum olmayan səbəblərdən tamaşa səhnədən qaldırılıb:

"Üç ildən çox orada oynadım. Bilmirəm niyə, tamaşanı bağladılar. Tamaşa böyük maraq doğurmuşdu. Oradakı obrazım üçün darıxmışam. Hansı aktrisaya belə bir obraz düşür? Aktrisalardan heç kimin taleyinə belə obraz düşməyib. Kim özündən 20 yaş böyük qadını oynayıb? Gecə-gündüz canımda, qanımda nə var idisə sərf etdim ki, həmin tamaşanı oynayım. İndi fikirləşirəm ki, hər insanın taleyinə düşəcək obraz deyil".скачать dle 12.1