Bia.Az

149 saylı məktəbin şagirdləri nədən zəhərlənib?

Siyasət
 19-04-2023, 16:22     374

Aprelin 18-də 149 saylı məktəbdə şagirdlərin hansı səbəbdən zəhərlənməsi hələ ki, məlum deyil.

149 saylı məktəbdən Musavat.com-a verilən məlumata görə, hazırda araşdırma aparılır:

“Şagirdlərin hansı qidadan sonra özlərini pis hiss etdiyini deyə bilməyəcəyik, çünki bununla bağlı danışmamaq tapşırılıb. Yalnız aidiyyəti qurumlardan soruşa bilərsiniz”.
Xatırladaq ki, ötən gün 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub. Belə ki, 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib. Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardıma məlumat verilib və şagirdlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
1481099163.jpg (19 KB)
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məsələ ilə bağlı Musavat.com-a dedi ki, şagirdlər bir saat ərzində ambulator şəraitdə müayinə edilib, sonra evə buraxılıblar: “Onlarda zəhərlənmə əlaməti yox idi. Bizə nə yediklərini açıqlamadılar, konkret qida məhsulunun adını çəkmədilər. Dəqiqləşdirilməmiş qida məhsulu idi. Uşaqların vəziyyətində təhlükə yox idi”.
Məsələ ilə bağlı Xəzər Rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, bu günlərdə daha bir zəhərlənmə halı paytaxtın 20 nömrəli məktəbində baş verib. Bu məktəblə bağlı araşdırmalar davam etdirilir.
149 saylı məktəblə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq.
dca9d5a4-a39c-3a0a-9cae-e6b079053aa6_850.jpg (42 KB)
Qurumdan Musavat.com-a bildirildi ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.скачать dle 12.1