Bia.Az

Azərbaycan və İsrail arasında MÜHÜM SAZİŞ imzalandı

Siyasət
 19-04-2023, 14:40     364

Azərbaycan və İsrail arasında ətraf mühitin mühafizəsi sahəsində saziş imzalanıb.

Musavat.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Tviter" hesabında bildirib.

"Saziş ölkələrimizin ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir", - deyə o qeyd edib.

Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohenc imzalayıb.скачать dle 12.1