Bia.Az

Rus ordusu dayana bilər - Ekspert

Sosial
 19-04-2023, 14:57     362

Rusiya ordusu Baxmutda hücum əməliyyatlarını dayandıra bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.

Polkovnik qeyd edib ki, Rusiya qoşunları cəbhənin bəzi sektorlarında mübarizənin mənasız olduğunu görüncə geri çəkilə bilərlər:

"Düşmənin prioritetləri dəyişə bilər - Luqansk işğalçılar üçün əsas istiqamətə çevrilə bilər, eyni zamanda onlar Donetsk, Xerson və Zaporojye istiqamətlərində müəyyən ərazilərdən geri çəkilə bilərlər".

Ekspert qeyd edib ki, ruslar Donetsk vilayətinin Avdeyevka yaxınlığında ukraynalı müdafiəçilərin möhkəmləndirilmiş ərazisinə daxil olublar:

"Düşmənin orada irəliləyişini davam etdirməsi üçün heç bir hərbi zərurət yoxdur. Bunun səbəbi uğursuz olmalarıdır və Avdeyevkanı mühasirəyə ala bilməyəcəklər".скачать dle 12.1