Bia.Az

“Heydər Əliyev İli” çərçivəsində Kardiologiya İnstitutunda silsilə tədbirlər davam edir

Cəmiyyət
 19-04-2023, 09:22     559

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə paytaxtın ticarət mərkəzlərindən birində maarifləndirici tibbi aksiya keçirilib.

“Dəniz Mall” ticarət mərkəzində təşkil olunan aksiyada iştirak edən Tərtər rayonundan olan şəhid anaları əvvəlcə Kardiologiya İnstitutunda tibbi müayinlərdən keçiblər.

Kardiologiya sahəsində aparıcı mütəxəssislər tərəfindən Ramazan ayında oruc tutan şəxslərə dərmanları hansı qaydada qəbul etməyi, imsak və iftar vaxtında tərkibində maye olan qidalara üstünlük verilməsi haqqında ətraflı məlumat verilib.

Aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb. Həmçinin, mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərin yaranma səbəbləri barədə məlumat verilib.

Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.

Bundan əvvəl isə İnstitutun təşəbbüsü ilə “Arterial hipertenziyanın və ağırlaşmaların müalicəsində diqqət çəkən məqamlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş tədbir ETKİ-nun direktoru, prof. Gülnaz Dadaşova, prof. dr. Kamran Musayev və t.ü.f.d. Üzeyir Rəhimovun sədriliyi ilə keçirilib.

Konfransda akademik Yuriy Belenkov və t.e.d. Azad Hacıyev arterial hipertenziyaya həsr olunmuş mövzularda çıxış ediblər.

Konfrans “KRKA” farmasevtik şirkətinin dəstəyi ilə baş tutub.


BİA.az

скачать dle 12.1