Bia.Az

Elçin Qəmbərov azadlığa buraxıldı

Cəmiyyət
 18-04-2023, 17:40     348

510 min manatlıq dələduzluğa görə həbs edilmiş tanınmış vəkil Elçin Qəmbərov azadlığa buraxılıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, E.Qəmbərovun cinayət işinə xitam verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edilib ki, Elçin Qəmbərov zərərçəkmişlə barışıb və dəymiş ziyanı ödəyib.

Xatırladaq ki, Qəmbərov həbsdə olan MTN generalı Mövlam Şıxəliyev həbs olunan zaman onun oğlu Elgün Şıxəliyevdən 510 min manat pul alıb. İttihama görə, vəkil bu pulun qarşılığında sabiq “MTN-çi”ni həbsdən buraxdıracağına dair vəd verib. Lakin sonradan vədinə əməl etməyib.
Elçin Qəmbərov “Mərkəz" Vəkil Bürosunun rəhbəridir.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-in 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb ediliblər. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş M.Şıxəliyev 12 il müddətə azadlıqdan məhrum edilibскачать dle 12.1