Bia.Az

Paşinyandan SENSASİYA: Zəngəzurdan bunları yığışdırın!

Cəmiyyət
 18-04-2023, 16:02     247

Əgər Ermənistan dövləti Ermənistan SSR-nin sərhədləri çərçivəsində tanınsa, sülh olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Əgər biz bütün beynəlxalq münasibətlərimizdə təkcə indi yox, gələcəkdə də qeyd etsək ki, Ermənistanı 29.8 min kvadrat kilometr olaraq, daha dəqiq desək, 1991-ci ildə müstəqillik əldə etdiyimiz Ermənistan SSR ərazisi çərçivəsində tanıyırıq və heç bir ölkəyə ərazi iddialarımız yoxdur, onda sülh mümkün olacaq”, – N.Paşinyan bildirib.

O həmçinin belə addım atılmayacağı təqdirdə Ermənistanın heç vaxt inkişaf etməyəcəyini vurğulayıb.

Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Bakıdan da bənzər addım gözlədiyini qeyd edib.


Erməni baş nazir bununla Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bir daha bəyan etmiş olub.скачать dle 12.1