Bia.Az

İran Azərbaycanda hansı din xadimlərini hədəfə alıb? -İlahiyyatçıdan şok açıqlamalar (VİDEO)

Gündəm
 8-04-2023, 11:42     292

Deputat Fazil Mustafaya qarşı silahlı hücumdan sonra sosial şəbəkələrdə müxtəlif səpkidə müzakirələr aparılır. Yenə də inanclılar arasında fikir ayrılıqları yaranıb. Artıq bu terror olayının İran casusları tərəfindən törədildiyi məlumdur. Bir qisim insan isə “şiələr də İrana xidmət edir” deyərək, qarşı tərəfdə aqressiyanın yaranmasına səbəb olub. Şiəlik İrana xidmət etmək deməkdirmi?

Yeri gəlmişkən, Milli Məclisdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Orucun Hacı Şahinin ölümünün müəmmalı olmasına dair açıqlaması bir sıra sualları aktual etdi. Bilirik ki, Hacı Şahin ölümündən az əvvəl İranın yanlış siyasətini tənqid etmişdi. Bundan az sonra onun ölümü şübhələr yaratmışdı. İndi artıq ölkənin mühüm qurumlarından birinin rəhbəri buna dair açıqlama da verir. Belə çıxır ki, ilahiyyatçılar da hədəfə alınıb? Din xadimlərini qorxutmaqmı istəyirlər?

O da faktdır ki, bəzi dindarlar dövlətimizin deyil, başqa ölkələrin mənafeyini güdür, onlarla necə mübarizə aparmalı? Bəs İrana casusluq edənlər kimdir və onlar necə cəzalandırılmalıdır?

İlahiyyatçı Ağa Hacıbəyli "TV Müsavat"ın qonağı olub, bu və digər suallara aydınlıq gətirib. Musavat.com həmin müsahibəni təqdim edir.

скачать dle 12.1